HƏMAS-ın yüksəkvəzifəli hərbçisi öldürüldü
İsrail ordusu Qəzzada Həmas hərbçisinin öldürüldüyünü açıqlayıb.
Demedia.az xəbər verir ki, İsrail ordusu və Daxili Kəşfiyyat Xidməti Şin-Bet (Şabak) tərəfindən verilən ortaq yazılı açıqlamada öldürülən məmurun raket atışlarını idarə etməkdən məsul olan Məhəmməd Katamiş olduğu bildirilib.
Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. Hazırda İsrail-HƏMAS müharibəsi davam edir.
Bahadur Seyidov