Uşaqlar üçün idman növü seçəndə diqqətli olun! - Video



 15:23 23.10.2023     481

Mütəxəssislərin fikrincə, 2-3 yaş arası uşaqlar qaçma, tutma və tullanma kimi hərəkətləri edə bilirlər.

Bu səbəbdən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli şəxslərin nəzarəti altında gimnastika hərəkətləri ola bilər. Azyaşlı uşaqlar, xüsusən də oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar. Övladlarının bu istəyini yerinə yetirən valideynlər də onların yaşından, fiziki sağlamlığından asılı olmayaraq övladlarını həmin idman növlərinə yazdırırlar. Uşaqlara ağırlığa meylli idmanlarla məşğul olmaq zərərlidir. Çünki onlar inkişaf mərhələsində olduqları üçün güclü məşğələlərə davam gətirə bilmirlər. Uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat anbarı yetkin insanlarla müqayisədə daha azdır.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az