ESTROGENLƏR - Xərçəng əmələ gətirmə xüsusiyyəti var? - Video



 15:35 23.10.2023     618

Estrogen deyiləndə ağıla ilk gələn qadınlıq olmalıdır. Bir qadını qadın edən cinsi və fiziki xüsusiyyətlərin formalaşmasında baş rolu estrogen hormonu oynayır.

Kişi bədənində də olan bu hormon qadınların yumurtalama dövrünə addım atdıqları anda bədənlərində ifraz etdiyi bir hormondur. Məsələn, bir qadında döşlərinin böyüməsini təmin edən hormonlardan biri estrogendir. Reql dövrünün olması və həyata keçirilməsində estrogen hormonunun təsiri yüksəkdir. Bu hormonun orqanizmdə olma nisbəti olduqca mühüm əhəmiyyət kəsb edir. Az olması halında başqa, çox olması halında da başqa xəstəliklərə səbəb olur.Vücuddakı səviyyəsini nizamlamaq üçün müxtəlif təbii üsullar vardır.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az