Türkiyə Qəzzaya yardım göndərdi



 15:48 23.10.2023     277

Türkiyədən Qəzzaya dərman və tibbi ləvazimat daşıyan hərbi yük təyyarəsi Misirə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib. Bildirilib ki, Qəzzaya edilən yardımlar çərçivəsində hərbi yük təyyarəsi 24 ton tibbi ləvazimatla Etimesqut Hərbi Hava Limanından havaya qalxaraq, Əl-Ariş hava limanına enib.

Yardım materialları hava limanında təyyarədən boşaldılaraq yük maşınlarına yüklənəcək və Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzaya çatdırılacaq.

Bahadur Seyidov