İsrail Qəzzaya quru hücumu təşkil edib



 15:47 23.10.2023     287

HƏMAS döyüşçüləri Qəzza zolağına sızan İsrail qüvvələri ilə toqquşub.

Demedia.az xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı “İzz əl-Din əl-Qəssam” briqadaları açıqlama verib. Bildirilib ki, İsrailin bəzi hərbi texnikaları məhv edildikdən sonra əsgərlər öz bazalarına qayıdıblar.Açıqlamada, Qəzzanın cənub bölgəsindəki Xan Yunisin şərqinə sızmanın İsrail qüvvələrinin quru hücumu gözləntiləri fonunda baş verdiyini bildirilib.

İsrail məhdud sayda hərbçinin Qəzzada əməliyyat keçirdiyini bəyan etsə də, fəsadlar barədə məlumat verilməyib.

Bahadur Seyidov