DİQQƏT! Böyrək daşının LAZERLƏ PARÇALANMASI... - Video



 15:44 23.10.2023     472

 

Böyrək daşı xəstəliyi- xroniki, təkrarlanan metabolik xəstəlikdir.

Bu xəstəlik sidik sistemi, yəni böyrək, sidik yolu və sidik kanalında daşların olması ilə xarakterizə edilir.Sidik daşı xəstəliyinin müxtəlif risk faktorları vardır. Bunlara piylənmə, az maye qəbulu, az hərəkətlilik, müxtəlif böyrəyin anomaliyaları zamanı rast gəlinir. Müəyyən hormonal xəstəliklər zamanı, məsələn, qalxanabənzər ətraf vəzləri xəstəliklərində, D vitamini çatışmazlığı zamanı, isti iqlimdə yaşayan insanlarda daha sıx rast gəlinir. Yaranma səbəbi və tərkibinə görə daşlar bir neçə növə ayrılır: -Kalsium - 70 faizə qədər, -Sidik turşusu -12 faizə qədər, -İnfeksiya yoluxmuş -15 faizə qədər, -Sistin -2-3 faizə qədər.

Uroloq, Androloq, Uroonkoloq Rüfət Əsədbəyli mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Uroloq, Androloq,Uroonkoloq Rüfət Əsədbəyli "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az