Pakistan “Ababeel” ballistik raketini sınaqdan keçirib



 16:14 23.10.2023     281

Pakistan “Ababeel” ballistik raketini sınaqdan keçirib.

Demedia.az xəbər verir ki, nüvə və adi döyüş başlıqlarını 2750 km məsafəyə daşıya bilən “Ababeel” uzun mənzilli yer-yer ballistik raketinin uçuş sınağı uğursuz həyata keçirilib. Atışı Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Sahir Şəmşad Mirzə, Strateji Planlar Diviziyası və Strateji Qüvvələr Komandanlığının yüksək rütbəli zabitləri, strateji təşkilatların alim və mühəndisləri müşahidə ediblər.

Sınaqın istənilən nəticəni vermədiyi və raketin Bəlucistan əyalətinə düşdüyü iddia edilib.

Bahadur Seyidov