ABŞ öz vətəndaşlarına Livanı tərk etmək barədə çağırış edib



 17:09 23.10.2023     263

ABŞ öz vətəndaşlarına Livanı tərk etmək barədə çağırış edib.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib. Açıqlamada, Livandakı ABŞ vətəndaşlarından təhlükəsizlik vəziyyəti səbəbiylə ölkəni tərk etmələri istənilib. Açıqlamada “Hələ kommersiya uçuşları var, lakin tutum azalıb. Zəhmət olmasa Beyrut-Rafiq Həriri Beynəlxalq Hava Limanına uçuş variantlarını yoxlayın” deyə bildirilib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra Livandakı Hizbullah təşkilatı da İsrailə raketlər atıb.

Bahadur Seyidov