Qaçarkən tutuldular! - 2 qadın xaosa səbəb oldu



 20:28 23.10.2023     780

Dənizlidə səhv istiqamətdə hərəkət edən və yol kənarındakı dərəyə çırpılan avtomobildən yüngül xəsarətlərlə xilas olan və sərxoş olduğu iddia edilən 4 nəfərdən 2-si polisin işinə mane olub.

Demedia.az xəbər verir ki, iki qadının əlləri qandallanaraq polis tərəfindən saxlanılıb və məhkəmə-tibbi ekspertiza üçün aparıldıqları xəstəxanada özəl mühafizəçi qadına hücum edərək saçını dartıb.

Mərkəzəfəndi rayonu, Başkarcı məhəlləsində, Atatürk bulvarında gecə saatlarında əks istiqamətdə hərəkət edən 20 AIE 106 nömrə nişanlı avtomobil sürücüsü manevr etmək istəyərkən yolun sağ tərəfindəki dərəyə uçub. 

Ətrafdakı insanlar köməyə qaçaraq vəziyyəti polisə xəbər veriblər.

Məhkəmə-tibbi ekspertiza üçün Dənizli Dövlət Xəstəxanasına aparılan 2 qadın xəstəxanada qadın mühafizəçiyə də hücum edərək, saçını yolub. Sağlamlıq yoxlamasından sonra iki qadın polisdəki prosedurlardan sonra sövq edildikləri ədliyyə binasında mühakimə olunana qədər sərbəst buraxılıblar.

Aysun / Demedia.az