İsveçin NATO-ya üzvlük protokolu... - Yeni qərar
İsveçin NATO-ya üzvlük protokolu prezident Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Demedia.az xəbər verir ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yeni bir inkişaf var. Prezident Ərdoğan İsveçin NATO-ya qəbul protokolunu imzalayıb.
Rabitə Müdirliyindən edilən açıqlamada bildirilib:
"İsveçin NATO-ya üzvlük Protokolu 23 oktyabr 2023-cü il tarixində prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və Türkiyə Böyük Millət Məclisinə göndərilib".
Bahadur Seyidov / Demedia.az