10 min adam iştirak etdi! - Stollardan pul töküldü



 23:09 23.10.2023     773

Vanda inanılmaz toy baş tutub.

Demedia.az xəbər verir ki, 10 min nəfərin iştirak etdiyi toy mərasimində bəyə milyonlarla lirə, gəlinə isə kilolarla qızıl verilib. Təxminən 6 saat davam edən zərgərlik mərasimindən sonra pullar saatlarla sayılıb.

Son illərin ən çox gələn toyu Vanda baş tutub. Bayram ailəsindən olan Camal Bayramın oğlu Onur Bayram Qıravi tayfasından Faiq Şenin qızı Havin Şenlə evlənib. Van Expo Sərgi və Konqres Mərkəzində təşkil edilən toy mərasiminə Türkiyənin müxtəlif əyalətlərindən, eləcə də Amerika, Almaniya, Fransa, Hollandiya, İran, İraq və Suriyadan iştirakçılar qatılıb.

Aysun / Demedia.az