DİQQƏT! Maqnezium əskikliyinin 8 vacib əlaməti - Video



 10:00 24.10.2023     587

Maqnezium son dövrlərdə daha da populyarlaşıb. Və onun bu şöhrəti qazanmaq haqqı var. Çünki dünya miqyasında insan orqanizmində çatışmazlığı daha çox hiss edilən minerallardan biridir. Əsas səbəb odur ki, maqnezium torpaqda mövcud deyil…

Maqnezium çatışmazlığının bir neçə qaynağı var. Qidalanma vərdişi də bunlardan biridir. “Aralıq dənizi pəhrizi”ndən savayı bütün pəhrizlər maqnezium çatışmazlığı ilə nəticələnə bilər. Artıq bildiyiniz kimi, “Aralıq dənizi pəhrizi” çoxçeşidli pəhrizdir. Təbiətdə insanın qidalana biləcəyi faydalı nə varsa, hamısı bu pəhrizə daxildir. Maqnezium çatışmazlığının bir səbəbi də, yaşlanmadır. Yaş artdıqca maqneziumun orqanizm tərəfindən mənimsənilməsi çətinləşir. Xüsusilə, 60 yaşdan yuxarı insanlarda maqnezium çatışmazlığını bildirən simptomlara daha çox rast gəlinir. Alkoqol qəbul edən insanlarda maqnezium çatışmazlığı var. Söhbət asılılıqdan getmir. Gündəlik vərdişləri sırasında, bir stəkan da olsa, alkoqol qəbul etmək olan insanlar belə, maqnezium çatışmazlığından əziyyət çəkirlər.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az