Hava Fritozunda bişən yeməklər ZƏRƏRLİDİR? Airfryer Nədir? - Video



 10:18 24.10.2023     498

Ən sevdiyimiz qidaları qızardaraq yeməyin sağlam alternativi olaraq göstərilən hava fritozlarının mexanizmi bir az daha fərqlidir.

İsti hava kanallarından keçirilən hava daxilindəki qidaya təsir edir və qarşınıza o “çırtaçırt” ilə yediyiniz yeməklər çıxır. Həmçinin, hava fritozunda bişən yeməklər dadlanır. Dadlanmanın əsas səbəbi odur ki, qidanın tərkibindəki şəkər və amin turşuları sürətlə isti havaya reaksiya verirlər. Damağımız bu dadı hiss etdiyi anda eyforiyaya qapılırıq. Bu daddan sonra, təbii ki, hava fritozu bizim üçün “ideal alət” kateqoriyasına girir.Araşdırmalar sübut edib ki, hava fritozlarında bişən yeməklərdə qızartma yeməklərə nəzərən daha az yağ olur. Qızartma fritozlarında yağ yüksək istiliyə sürətlə çatır. Hava fritozunda isə yağ yavaş-yavaş isinir. Bundan əlavə, qızartma fritozunda 1 kq kartof qızartmaq üçün 750 ml yağ istifadə etmək şərtdirsə, hava fritozunda bu miqdarı 10-15 ml-ədək azaltmaq mümkündür. Nəticədə, qidalarımız daha az doymuş yağa məruz qalır. Digər yandan, nə qədər az yağ qəbul etsək, bir o qədər kökəlmək ehtimalımız azalır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az