Yüksək qızdırma, ağızətrafı səpgilər - hansı xəstəliyin əlamətidir? - Video



 11:05 24.10.2023     535

 

Uşaqlarda səpginin qiymətləndirilməsi zamanı ilkin tədbirlərə, səpginin morfoloji xüsusiyyətləri, davametmə müddəti və paylanmasının müşahidəsi aiddir.

Yaş, cins, ailə anamnezi, dərman preparatları, məlum allergiyalar və yoluxmalar da vacib əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hərarət və ya digər sistemli əlamətlər olmadığı halda meydana çıxan səpgi, təxirəsalınmaz xarakter daşımır. Hərarət və ya xəstəlik əlamətləri olarsa, təxirəsalınmaz müayinə və müalicə nəzərdə tutulmalıdır. Differensial daiqnostika sıyahısı geniş olub, öz-özünə sağalan hallardan (məs., rozeola) meninqokok septisemiyası kimi həyat üçün təhlükə törədən vəziyyətlərədək dəyişir. 

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az