Bayden çıxışını yarıda qoyub zalı tərk etdi
Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden iqtisadi mövzularda keçirdiyi görüşü dayandırıb.
Demedia.az xəbər verir ki, "Təcili Tibbi Yardım otağına getməliyəm" deyərək çıxışını yarımçıq qoyub: "Təcili Yardım otağına getməliyəm, çünki həll etməli olduğum başqa bir məsələ var".
İddialara görə, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına pilotsuz təyyarə ilə hücum edilib. Bu xəbərdən sonra Baydenin çıxışını yarımçıq kəsdiyi iddia edilib.
Ağ Ev isə Baydenin İsrail-Həmas münaqişəsi haqqında məlumat almaq üçün təcili toplantıya qatıldığını bildirib.
Bahadur Seyidov