Bu da oldu - Xərçənng xəstələrinin qalan ömrünü hesablamaq mümkün olacaq



 11:16 24.10.2023     284

Süni intellekt xərçəng diaqnozu qoyulmuş xəstələrin qalan ömrünü proqnozlaşdıracaq.

Demedia.az xəbər verir ki, ABŞ-də tədqiqatçılar  süni intellektə əsaslanan alət hazırlayıblar. Alimlər 400 min müxtəlif xərçəng növü olan insanın müayinə olunduğunu və süni intellektin xəstələrin qalan ömrünü çox dəqiq proqnozlaşdırdığını bildiriblər.

ABŞ-nin İllinoys ştatındakı Northwestern Universiteti Tibb Mərkəzindən tədqiqatçılar 2015-2017-ci illər arasında xərçəng diaqnozu qoyulmuş təxminən 260 min döş, 77 min tiroid və 85 min mədəaltı vəzi xərçəngi xəstəsindən əldə edilən məlumatları araşdırıblar.

Araşdırmanı aparan Lauren Janczewski süni intellektin məlumatları dəqiqliklə araşdırılan xərçəng xəstələrinin ömrünü hesabladığını açıqlayıb.

Bahadur Seyidov