Dilan Polatdan sonra onun əmlakı da müsadirə edildi
Sosial media fenomeni Dilan Polatdan sonra Nez Dəmirin də var-dövləti müsadirə olunub.
Demedia.az CNN Türk-ə istinadən xəbər verir ki, hazırda barəsində araşdırmalar aparılan Dilan Polatın keçmiş ortağının Nez Dəmir instaqram hesabında açıqlama verərək bildirib ki, ortaq olduğu “dostunun qurbanı” olub:
“Bir dostumun qurbanıyam. Yeni şirkətlərimin adıçəkilən şirkətlərlə heç bir əlaqəsi yoxdur, 3 il əvvəl mövcud olan ortaqlıqda da problem yoxdur. Dövlət də deyir ki, mən araşdırana qədər tədbir görməlidirlər”.
Xatırladaq ki, sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat barəsində çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə araşdırma aparılır.
Bahadur Seyidov