Qəzzadakı xəstəxanalarda generatorlar 48 saatdan sonra dayanacaq
Qəzzadakı xəstəxanalarda generatorların bağlanmasına 48 saatdan az vaxt qalıb.
Demedi.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Ashre əl-Qudra bildirib.
O qeyd edib ki, şəhərin səhiyyə sisteminin tarixinin ən pis mərhələsindədir. O həmçinin Qəzzaya yardımların çatdırılma mexanizminin çox yavaş işlədiyini və bunun vəziyyəti dəyişməyəcəyini bildirib.
“Şifa” Xəstəxanasının direktoru Muhammed Abu Silmiyye açıqlamasında Qəzzaya yanacaq axını olmadığı təqdirdə böyük fəlakətin baş verəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 7-dən İsrail- HƏMAS arasında müharibə davam edir.
Bahadur Seyidov