Meksikada ard-arda silahlı hücumlar - 16 nəfər öldü



 12:58 24.10.2023     291

Meksikada cənubunda və qərbində baş verən iki silahlı hücum nəticəsində 11-i polis olmaqla 16 nəfər həyatını itirib.

Demedia.az xəbər verir ki, ilk hücum  “Guerrero” əyalətində baş verib. Meşəlik ərazidə gəzən polis rəisi və mühafizəçiləri naməlum şəxslərin hücumuna məruz qalıb. Silahlı hücumda polis rəisi də daxil olmaqla 11 polis məmuru həyatını itirib.

 İkinci hücumda isə “Miçoakan” əyalətində baş verib  5 nəfər ölüb, 2 nəfər yaralanıb. Hücumun narkotik dəstələri tərəfindən həyata keçirildiyi təxmin edilir.

 Hücumlardan sonra hərəkətə keçən təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb.

Bahadur Seyidov