ABŞ Qəzzada atəşkəs təklifinə dəstək vermədi
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, İsrail və Fələstin arasında atəşkəs təklifini dəstəkləmədiklərini bəyan edib.
Demedia.az xəbər verir ki, o bildirib ki, atəşkəs HƏMAS üçün fürsət ola bilər. O, HƏMAS-ın atəşkəsdən istifadə edərək, İsrailə hücumlarını davam etdirə biləcəyini irəli sürüb. Miller buna görə də, ABŞ-ın Qəzzada atəşkəs çağırışlarını rədd etdiyini bir daha bəyan edib.
“İstənilən atəşkəs HƏMAS-a dincəlmək, yenidən qüvvə toplamaq və İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək” - Metyu Miller deyib.
Bahadur Seyidov