İsrail Hizbullahın qərargahını vurdu



 14:42 24.10.2023     295

İsrail ordusu Livanın cənubundakı Şeba Farms bölgəsində yerləşən məntəqəyə hücum təşkil edib.

Demedia.az xəbər verir ki, İsrail tərəfi bildirib ki, həmin ərazidən ölkəyə raket hücumuna cəhd ola biləcəyi üçün hədəfə alınıb. İsrail mediası ordu sözçüsünə istinadən Hizbullahın infrastrukturuna hücum edildiyini, hərbi kompleks və müşahidə məntəqəsinin də hədəf alınan yerlər arasında olduğunu yazıb.

Livanın rəsmi xəbər agentliyi NNA-nın xəbərinə görə, İsrailin döyüş təyyarələri ölkənin cənub bölgəsindəki Kefr Kila və Tel Nəhhas bölgələrinə təşkil edilən hücumda Hizbullahın qərargahını da hədəf alıb.

Bahadur Seyidov