Cavid əfəndi, xoş gəlmisən, nə yaxşı bizim qismətimizə düşmüsən!



 17:36 24.10.2023     189

Hüseyn Cavid Axundov, Üzeyirbəy, Əbdürrəhim bəy, Mirzə Cəlil tək bu xalqın böyük nemətlərindən idi. O yalnız əsərləriylə deyil, həyatı, yaşamı, əyilməzliyi ilə bir heykəl yaratdı: mərdlik, dürüstlük, əqidə heykəli!

Qızı Turan Cavid bir az da özünəxas kobudfason kişiliklə deyirdi: "Atama ağlayıb eləməyin. O, əqidəsi üçün, əqidəsi yolunda qurban getdi". Hüseyn Cavid özü oğlu Ərtoğrulla, qızı Turanla, həyat yoldaşı Mişkinazla birlikdə elə bir tale yaşadı ki, bu tale illərin, qərinələrin Azərbaycan insanlarına "həyat o qədər də uzun deyil ki, əqidəsiz yaşayasan, o qədər də qısa deyil ki, əqidəndən, xalqından, xalqının gül balalarından üz döndərib ora-bura xidmət eləyəsən".

Bu ay Cavidlər ayıdır, bu gün Cavid əfəndinin dünyaya gəldiyi gündür! Şəxsən mən onu yazıçı, şair, dramaturqdan əlavə həm də bir ideya adamı, ideyası uğrunda Şəhidliyə ucalan bir Kişi kimi qəbul edir, Pir kimi həmişə qəlbimdə yaşadıram! Xoş gəlmisən, Cavid əfəndi, xoş gəlmisən, nə yaxşı bizim qismətimizə düşmüsən!

İlham TUMAS