ABŞ: Qəzzaya yanacaq daşınmasına icazə verilməlidir



 13:40 25.10.2023     359

Ağ Ev bəyan edib ki, İsrailin hücumları başladığı 7 oktyabrdan bəri heç bir yanacaq axını olmayan Qəzza zolağına yanacaq daşınmasına icazə verilməlidir.

Demedia.az xəbər verir ki,  Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi Mətbuat mənsublarının suallarını cavablandırdı.

Kirbi bildirib ki, yanacağın Qəzzada yaşayan fələstinlilərin həyatda qalması üçün vacib bir əmtəədir. Yanacağın tükəndiyini və dəyərli olduğunu bildiklərini deyən Kirbi, "Jeneratorlar və xəstəxanalar üçün yanacağa ehtiyacınız var. Dəniz suyunu içmək üçün duzsuzlaşdırma sistemlərinin işləməsi lazımdır. Bunların hamısı vacibdir" deyib.

Bahadur / Demedia.az