Fələstinlilər Makrona etiraz ediblər
Fransa Prezidenti Emmanuel Makron Fələstində etirazla qarşılanıb.
Demedia.az xəbər verir ki, Makron Qüdsdə İsrail prezidenti İsaak Hersoq və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdükdən sonra Fələstinin paytaxtı Ramallahda Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
bu zaman nümayişçilər İsrailin Qəzza zolağına hücumlarına dəstək verən Fransa prezidenti Emmanuel Makrona etiraz ediblər.
Mahmud Abbas isə bəyanat yayaraq Qəzza zolağına “hücum”un dərhal dayandırılmasını və Fələstin xalqının müdafiəsini tələb edib.
Bahadur Seyidov