Paris Hilton yeni doğulan övladı barəsində açıqlama: “Beyni böyükdür”
Dünya şöhrətli Paris Hilton daşıyıcı anadan dünyaya gələn körpəsi Feniksin görünüşü ilə bağlı edilən şərhlərə sərt reaksiya verib.
Demedia.az xəbər verir ki, 42 yaşlı iş qadını oğlu ilə qucağında oturarkən çəkdirdiyi fotolarını paylaşdıqdan sonra rəylərdə ona övladının başının böyük olduğu yazılıb.
Hilton məsələ ilə açıqlama verib:
"Dünyada xəstə insanlar var. Mənim mələyimin səhhəti mükəmməldir. Bəli, təbii ki, onu həkimə aparıram, sadəcə beyni böyükdür".
Bahadur Seyidov