Dünyanın ən uzun ilanı tutuldu



 15:42 25.10.2023     368

Hindistanda nəhəng pitonu əks etdirən video sosial şəbəkələrdə  gündəm olub.

Demedia.az xəbər verir ki, olduqca iri görünən ilanın böyük bir heyvanı udduğu təxmin edilir.

 Hindistanda kəndlərdən birində tutulan pitonun şişkin görünüşü və çətinliklə hərəkət edə bilməsi diqqətdən yayınmayıb. Kənd sakinləri pitonu kəndirlə bağlayaraq nəzarətə götürüblər.

 Bildirilir ki, piton növü torlu pitondur.

Qeyd edək ki, bu ilan növü Cənub-Şərqi Asiyada yaşayır. Uzunluğuna görə dünyanın ən uzun ilanlarından biri hesab olunur. Onun orta uzunluğu 6 metrdir, lakin 7 metrdən çox nadir hallar da qeydə alınıb.

Bahadur Seyidov