Övlad vəfat etdikdə, valideynlərə miras düşür? - Video



 12:39 25.10.2023     569

Vərəsəlik hüququnun reallaşdırılmasının ikinci mərhələsi miras əmlakının vərəsələr tərəfindən qəbul ediləcəyi müddətə qədər həmin mirasın mühafizəsi və əmlakın idarə edilməsi prosesidir.

Miras qoyanın ölümündən sonra vəsiyyətnaməsi (yazılı) varsa, əmlak vəsiyyət üzrə, vəsiyyət yazılmadıqda isə əmlakın vərəsələrə qanun üzrə keçməsi nəzərdə tutulur. Bəzən vəsiyyət qoyan əmlakının yalnız bir hissəsi barədə vəsiyyətnamədə göstəriş verir. Bu halda vərəsəlik həm vəsiyyət, həm də qanun üzrə həyata keçirilir. Vətəndaşın vərəsəlik hüququnun gerçəkləşməsi mirasın açılması ilə başlayır.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir.  Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az