Avstraliya Ukraynaya əlavə hərbi dəstək verdi



 12:52 25.10.2023     281

Avstraliya Ukraynaya 20 milyon dollarlıq əlavə hərbi dəstək paketi təqdim edib.

Demedia.az xəbər verir ki, bu barədə Avstraliyanın baş nazirliyi açıqlama verib. Nazirlik Rusiya-Ukrayna müharibəsində istifadə üçün Ukraynaya 20 milyon dollar dəyərində yerli istehsal olan hərbi texnika göndərdiklərini açıqlayıb. Bildirilib ki, əlavə yardım paketinə Avstraliyanın müdafiə sənayesi şirkətləri tərəfindən istehsal olunan 3D metal printerlər, pilotsuz uçuş aparatları əleyhinə sistemlər və minatəmizləmə avadanlıqları daxildir.

Bu yardımla Avstraliyanın müharibənin başlanğıcından bu yana Ukraynaya etdiyi ümumi yardım 910 milyon dollara çatıb.

Bahadur Seyidov