Küveyt Qəzza barədə çağırış etdi



 14:43 25.10.2023     284

Küveyt beynəlxalq ictimaiyyəti İsrailin blokadası və intensiv bombardmanı altında olan Qəzza zolağında aclığın hərbi və siyasi silah kimi istifadəsinin qarşısını almağa çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə Küveytin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatındakı daimi nümayəndəsi Yusuf Cehıl açıqlama verib. O “Dünya Ərzaq Təhlükəsizliyi”nin illik toplantısındakı çıxışı zamanı İsrailin Qəzza zolağında Fələstin xalqına tətbiq etdiyi blokada və aclıqdan danışıb.

Cehıl üzv dövlətlərdən və beynəlxalq ictimaiyyətdən mühasirədə olan Qəzza zolağına ərzaq və humanitar yardımın paylanmasını sürətləndirməyi və bölgədəki ciddi qida və su qıtlığına təcili həll yolları axtarmağı xahiş edib.

Bahadur Seyidov