İsrail Suriyaya cavab verdi
İsrail ordusu Suriyadakı hərbi infrastrukturu hədəfə aldığını açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib. Açıqlamaya görə, döyüş təyyarələri Suriya ordusunun infrastrukturuna və minaatan qurğularına zərbələr endirib. Məlumatda qeyd edilir ki, bu, Suriyadan İsrail ərazisinə təşkil edilən hücuma cavabdır.
Qeyd edək ki, İsrail ordusu Suriya ərazisindən Qolan təpələrində iki raket atıldığını açıqlamışdı. Raketlər boş əraziyə düşüb.
Bahadur Seyidov