Qastroenteroloq kimdir? Hansı xəstəlikləri müalicə edir? - Video
Qastroenteroloq mədə-bağırsaq sisteminin xəstəlikləri ilə məşğul olan; yemək borusu, mədə-bağırsaqlar, qalın bağırsaq, nazik bağırsağın ayrı-ayrı xəstəlikləri ilə məşğul olan; eyni zamanda qaraciyər, öd yolları və mədəaltı vəzinin xəstəliklərinin diaqnozu, müalicəsi və izlənməsi ilə məşğul olan mütəxəssisdir.Xroniki xəstəlikləri varsa xəstənin – “qastroezofageal reflyuks” xəstəliyi varsa, qastriti varsa, qaraciyərin virus hepatitləri varsa, autoimmun qaraciyər xəstəlikləri varsa, “pankreas” dediyimiz mədəaltı vəzinin xroniki və ya kəskin xəstəlikləri varsa, öd daşı xəstəliyi – əgər daş öd yollarına düşübsə… Yəni bu durumda, bunların müalicəsi üçün xəstələr qastroenteroloqa yönləndirilirlər. Xroniki xəstələrin müşahidəsi mütəxəssis qastroenteroloq tərəfindən aparılmalıdır.
Demedia.az Qastroenteroloq-hepatoloq Nazlı Qasımova "Youtube" kanalında yayımlanan videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az