Qətərdən Qəzza ilə bağlı açıqlama



 15:11 25.10.2023     288

Qətərin Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani Fələstin-İsrail münaqişələrində ikili standartlı yanaşmaları tamamilə rədd etdiklərini bəyan edib.

Demedia.az xəbər verir ki, Əl Sani paytaxt Dohada xarici işlər naziri Hakan Fidanla Qəzza zolağında baş verənləri müzakirə edib. İki nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib. Əl Sani bildirib ki, mülki insanların öldürülməsinə bir tərəfdən pislənilib, digər tərəfdən haqq qazandırıla bilməz. Türkiyənin Fələstinə dəstəyini vurğulayan Əl Sani, Türkiyənin Fələstin xalqının haqlarını dəstəkləyən mövqeyini təqdir edib. Al Thani, Qətərin kimliyindən asılı olmayaraq mülki insanları hədəf almağa qarşı sarsılmaz bir mövqeyə sahib olduğunu bəyan edib.

Qətərin xarici işlər naziri qeyd edib ki, HƏMAS tərəfindən saxlanılan məhbusların azad edilməsi üçün səylərini davam etdirəcəklər.

Bahadur Seyidov