"Bavariya" matçından sonra açıqladı: "Çox xoşbəxtəm"



 17:29 25.10.2023     643

Çempionlar Liqasında "Bavariya"ya 3:1 hesabı ilə uduzsa da, "Qalatasaray" meydana çıxardığı futbolla təqdir edilib.

Demedia.az xəbər verir ki, Qarşılaşmada sarı-qırmızılıların yeganə qolunu vuran Mauro İkardi sarı-qırmızılı azarkeşlərə dəstəklərinə görə təşəkkür edib.

İkardi sosial media hesabından verdiyi açıqlamada yazıb: "Sabahın xeyir, Aslanlar. Bu gün günə bu foto ilə başlamaq istəyirəm, bu, klub üçün çox vacibdir.

Məğlubiyyətdən sonra susmaq və işimizi davam etdirmək asan olardı. Dünənki nəticəyə baxmayaraq, bu komanda ilə nə qədər qürurlandığımı deyə bilmərəm. Son dərəcə minnətdaram. hər an, hər matçda insanların sevgisi üçün. Mən bu layihəyə inanıram. Və əminəm ki, bu kluba böyük qələbələr gətirəcək. Çünki layihənin arxasında duran əməkdaşların hər biri canından gələni verir, ürəkdən çalışır".

Bahadur / Demedia.az