İsrail nəyə görə quru əməliyyatına başlamır? - Səbəblərdən biri



 13:00 26.10.2023     314

“İsrail Qəzzada quru məliyyatından əvvəl ABŞ-nin müdafiə sistemi qurmasını gözləyəcək”.

Demedia.az xəbər verir ki,  bunu “The Wall Street Journal” öz mənbələrinə istinadən  yazıb.

Nəşr qeyd edib ki, İsrail Qəzzaya qarşı planlaşdırdığı quru əməliyyatından əvvəl ABŞ-nin bölgədəki əsgərlərini qorumaq üçün müdafiə sistemi qurmasını gözləməyə razı olub.

Xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bölgədə təxminən onlarla hava hücumundan müdafiə sistemi qurmağa hazırlaşdığı və beləliklə, İraq, Suriya, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgədəki bütün ABŞ əsgərlərini qoruduğu bildirilir.

Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərini raket və raketlərdən qorumağı hədəflədiyinə diqqət çəkildi.

Bahadur Seyidov