HƏMAS hücuma 2 il imiş hazırlaşırmış - CNN



 13:29 26.10.2023     296

CNN International HƏMAS-ın hücumuna hazırlıq prosesini araşdırıb.

Demedia.az xəbər verir ki,  nəşr qeyd edib ki, HƏMAS oktybarın 7-də olan müharibəyə 2 il bundan öncə  ciddi hazırlaşıb.  Qeyd olunur ki,  ABŞ kəşfiyyatının məlumatına görə,  HƏMAS üzvlərindən ibarət kiçik bir qrup iki ildir ki, Qəzzanın altındakı tunellər şəbəkəsinə yerləşdirilən naqilli telefonlar vasitəsilə əlaqə saxlayırlar:

“Mənbələr bildiriblər ki, tunellərdəki telefon xətləri HƏMAS üzvlərinə bir-biri ilə gizli əlaqə saxlamağa imkan verir, ona görə də İsrail kəşfiyyatı onları izləyə bilmir. Hücum planlaşdıran hücrənin 2 il əlaqə saxladığını, lakin hücum vaxtı çatana qədər HƏMAS-ın yüzlərlə döyüşçüsünə məlumat verilmədiyini iddia edilib.  İsrailin ABŞ rəsmiləri ilə paylaşdığı kəşfiyyat məlumatlarına görə, iki il müddətində kompüter və ya cib telefonlarından istifadədən qaçan Həmas liderləri rəqəmsal ünsiyyətdən uzaq köhnə üsullardan istifadə edərək görüşlərini üzbəüz keçiriblər”. 

Qeyd edək ki, HƏMAS-ın son on beş ildə tikdiyi yeraltı tunellər “Qəzza metrosu” kimi də tanınır. Labirintə bənzər tunellər raket və sursat saxlamaq üçün istifadə edilir ki, bu da HƏMAS üzvlərinin diqqətdən kənarda qalmasına şərait yaradır.

Bahadur Seyidov