Pedofillər bu dəfə məşhurların uşaqlıq fotolarına “hücum etdilər”



 14:40 26.10.2023     286

Pedofillər süni intellektdən məşhur insanların "uşaqlaşmış" şəkillərini yaratmaq üçün istifadə edirlər.

Demedia.az xəbər verir ki, İngiltərədə hazırlanan hesabatda pedofillərin süni intellektə malik məşhur insanların saxta uşaqlıq şəkillərini hazırlamağa başladığı ortaya çıxıb.

 İnternet təhlükəsizliyi sahəsində fəaliyyət göstərən “İnternet İzləmə Vəqfi” bu xarakterli görüntülərin paylaşıldığını aşkarlayıb. 

Fondun aşkarladığı məzmunlar arasında məşhur qadın müğənninin saxta körpələşdirilmiş şəkli də var. Şəkillər əsasən qaranlıq veb kimi tanınan izləmək çətin olan virtual şəbəkələr vasitəsilə yayılır.

 Artıq uşaq olan aktrisaların fotoları da uşaq istismarı görüntülərinə çevrilə bilər.

Bahadur Seyidov