Rusiya nüvə hücumu təlimi keçirdi
Rusiyada quru, hava və dəniz elementləri ilə cavab nüvə hücumu təliminin keçirildiyi açıqlanıb.
Demedia.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə izlədiyi təlimdə quru, dəniz və hava elementlərinə aid nüvə çəkindirici silahlardan istifadə edildiyi bildirilib.
Açıqlamada təlim zamanı ballistik və qanadlı raketlərin atıldığı, atışların Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi tərəfindən idarə edildiyi bildirilib.
Açıqlamada təlimdə qitələrarası “Yars” və “Sineva” ballistik raketlərindən istifadə edildiyi bildirilib.
Bahadur Seyidov