ABŞ bazasına hücum edildi



 15:40 26.10.2023     293

Suriyanın Haseke vilayətindəki ABŞ qüvvələrinin yerləşdirildiyi hərbi bazaya yerdən-yerə silahlarla dörd ayrı hücum təşkil edilib.

Demedia.az xəbər verir ki, bu barədə “Trthaber” yerli mənbələrə istinadən məlumat verib. Bildirilib ki, ABŞ ordusunun Hasekenin Harab Cabir hava limanındakı bazasına raketlər atılıb. Hücumlar zamanı bazalara və ətrafına raketlərin düşdüyü müşahidə edilib. Fəsadlar və tələfat barədə məlumat verilməyib.

Bundan əvvəl Suriyanın cənubundakı ABŞ ordusunun yerləşdiyi Tenef bölgəsindəki bazaya, İraq sərhədinə yaxın Malikiyye rayonundakı Robarya bazalarına, Haseke və Şəddadi bölgələrindəki hərbi bazalara PUA-larla hücumlar təşkil edilib.

Bahadur Seyidov