Sülhün açarı Fələstin və İsrail olmaqla iki müstəqil dövlətin qurulmasıdır - Putin



 16:03 26.10.2023     306

Rusiya Prezidenti Vladimir Putin Rusiyada yaşayan müsəlman, xristian və yəhudilərin dini liderləri ilə görüb.

Demedia.az xəbər verir ki, görüş zamanı  Putin bildirib ki, Yaxın Şərqdə uzunmüddətli, əsaslı həllin və sülhün açarı Fələstin və İsrail olmaqla iki müstəqil və suveren dövlətin qurulmasıdır.

“Yaxın Şərqdə və dünyanın digər yerlərində baş verən hadisələrdən danışmaq istədim, amma əvvəlcə Yaxın Şərqdə baş verənlərdən danışacağam, çünki bizi narahat edir. Xristianlar, müsəlmanlar və yəhudilər üçün müqəddəs əhəmiyyət kəsb edən müqəddəs torpaqda baş verən faciəvi vəziyyəti hamımız narahatlıqla izləyirik” – Putin deyib.

Bahadur Seyidov