Yəhudi yaşayış məntəqələrinə genişmiqyaslı hücum edilə bilər - İsrail ordusu



 17:02 26.10.2023     321

İsrail ordusu fələstinlilərin Qəzza zolağının ətrafındakı yəhudi yaşayış məntəqələrinə genişmiqyaslı hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, İsrail ordusunun Daxili Cəbhə Komandanlığı Qəzza zolağının ətrafındakı yaşayış məntəqələrinin sakinlərinə genişmiqyaslı hücumun mümkünlüyü ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda Qəzza zolağının ətrafındakı yaşayış məntəqələrinin sakinlərinə növbəti xəbərdarlığa qədər sığınacaqların yaxınlığında qalmaları tapşırılıb və zəruri ehtiyaclar istisna olmaqla, çöldə qalmamaq və hərəkət etməkdən çəkinmələri istənilib.

Ordunun xəbərdarlığında mümkün hücumun mahiyyəti və necə baş verəcəyi ilə bağlı heç bir təfərrüat yer almayıb.

Bahadur Seyidov