Azərbaycanlı həkim Boyun və Ayaq ağrısını belə müalicə etdi! - Video



 14:36 26.10.2023     413

Ayaq ağrıları müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər.Ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər.

Qan qatılığı zamanı ağırlıq və gərginlik hiss etdirən, uzun sürən key ağrılar olur. Bu proses bir neçə müddət davam etdikdə aşağı ətraflarda damar genişlənməsinə səbəb olur. Ağrılar adətən axşama doğru başlayır.

Boyun ağrıları insanların qarşılaşdığı ən qədim və ən yayğın problemlərdən biri olub, hər yaş qrupunda qarşılaşıla bildiyimiz, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin məhdudlaşmasına səbəb olan sosial iqtisadi önəmli bir problemdir. 

Boyun ağrısı səbəbləri 3 əsas qrupa bölünür.

  • Sümük-əzələ sistemi mənşəli səbəblər
  • Boyun xarici bölgələrin xəstəliklərinin səbəb olduğu ağrının boyun bölgəsində hiss edilməsi (yansıyan ağrı)
  • Boyun bölgəsini tutan infeksion ( bruselyoz, tuberkulyoz) və şiş xəstəlikləri
  • Alqoloq Vüsal Eyvazov mövzu barədə videoda ətraflı məlumat verib.

    Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

    Rəna İsmayılova / Demedia.az