QIZDIRMA, SİDİYƏ ÇIXARKƏN GÖYNƏMƏ - Gizli gedən BÖYRƏK XƏSTƏLİYİ - Video



 14:45 26.10.2023     432

Orqanizmin “daxili mühiti”nin sabit saxlanmasında böyrəklər vacib rol oynayır.

Dölün artıq 3-4 həftəsində böyrəklər fəaliyyət göstərməyə başlayırlar. Döldə sidik ifraz etmə bətndaxili inkişafın 9-cu həftəsində qeyd olunur. Döl doğulduğu andan başlayaraq isə böyrəklər orqanizmin maddələr mübadiləsi məhsullarını kənar edən əsas orqana çevrilir. Böyrəklər sutka ərzində özündən qanı dəfələrlə keçirməklə orqanizmin yad və toksiki maddələrdən, şlaklardan azad olmasında iştirak edir, su-duz və turşu balansını, arterial təzyiqi, immunoloji vəziyyəti sabit saxlayır.Böyrək xəstəliklərinin əsas əlamətləerindən biri də sidikdə dəyişikliyin olmasıdır. Dəyişikliklər özünü sidiyin rəngində, miqdarında, iyində bildirir. Sidikdə baş verən dəyişikliklər böyrək xəstəliklərinin əsas əlaməti sayılır. Ən təhlükəli əlamət isə sidikdə qanın olmasıdır. 

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az