Fırıldaqçını aldatdı: Haqqını halal elə...



 19:00 26.10.2023     572

Sivasda bir tibb işçisi hiyləgər və inandırıcı bacarığı ilə onu telefonla aldatmaq istəyən fırıldaqçının pulunu bir qəpik belə itirmədən ala bilib.

Demedia.az xəbər verir ki,  son zamanların ən maraqlı telefon fırıldaqçılığı hadisəsi Sivasda baş verib.

Həmişə olduğu kimi bu dəfə də fırıldaqçılar qurban ola bilməyiblər, əksinə, zərərçəkən olmaq niyyətində olan vətəndaş öz hiyləsi sayəsində bir qəpik belə itirmədən dələduzdan pul almağa nail olub.

Bu yaxınlarda baş verən hadisədə 35 yaşlı tibb işçisi Fatih Çağlar filmə mövzu olacaq fırıldaq hekayəsi yazıb. Hadisə Çağlara özünü komissar kimi təqdim edən şəxsin zəng etməsi ilə başlayıb. Zəng edən şəxs Çağların bank hesabı vasitəsi ilə xeyli adamın aldadıldığını və məsələni araşdırdığını bildirib.

Aldadıldığını ilk anda anlayan Çağlar dostlarının köməyi ilə fırıldaqçıya unudulmaz oyun açıb. Çağların dostlarından biri rəis, biri taksi sürücüsü, biri bank işçisi olub.

Aysun / Demedia.az