Tanınmış aktyor: "Məsləhət verəcək, tənqid edəcək vəziyyətdə deyilsiniz"



 19:29 26.10.2023     667

"Villa Cornell Mare" serialının çəkilişləri üçün Siciliyada olan Can Yaman maşında olarkən onu lentə alan şəxsin mobil telefonunu götürərək atıb.

Demedia.az xəbər verir ki, həmin anlara reaksiyalar gələndə Yaman sosial media hesabından açıqlama verərək, işlətdiyi sərt ifadələrin tənqidlərinə cavab verib.

Türkiyədə rol aldığı prodakşnlarla adından söz etdirdikdən sonra karyerasını İtaliyada davam etdirməyə qərar verən Can Yaman bir müddət əvvəl Siciliyadakı pərəstişkarlarının böyük marağına səbəb olub. Maşında olan məşhur aktyor onu lentə alan fanatının telefonunu götürərək atıb. Həmin anlar başqa biri tərəfindən videoya çəkilib. Can Yamanın bu hərəkəti sosial mediada reaksiyalara səbəb olub.

Görüntülər gündəmə gələndə Can Yaman sərt ifadələrlə açıqlama verib: "Pərəstişkarlarımla çox yaxşı münasibətim var, o qədər yaxşıdır ki, hətta o sizi bir dəfə narahat edib, problem mənim fanatlarım olmayan fanatlar adı altında təhqiredici kobud insanlardadır. Öz problemlərinizlə maraqlanın və heç vaxt məndən narahat olmayın. Mənim haqqımda hər hansı hisslər keçirməyə ehtiyac yoxdur. Öz işinizə baxın".

Aysun / Demedia.az