4 aylıq evli cütlük üçün böyük şok: "7 gün kameralara baxdıq"



 20:28 26.10.2023     779

Kayseridə oğrular 4 ay əvvəl evlənən Koray (34) və Nurcan Yıldırımın (27) evinə girərək, təxminən 900 min TL dəyərində qızıl, valyuta və pul oğurlayıblar.

Demedia.az xəbər verir ki, cütlük 7 gün ərzində izlədikləri təhlükəsizlik kamerası qeydlərindən 3 şübhəlini müəyyən edib.

Şübhəlilər polis tərəfindən tutularaq həbs edilib. 

Ev almaq üçün pul yığan Yıldırım cütlüyü 7 gün izlədikləri kamera qeydləri nəticəsində 3 nəfərin oktyabrın 12-də evlərinə girdiyini müəyyən edərək görüntüləri polisə veriblər. Polisin apardığı iş nəticəsində şübhəlilərdən 2-si tutularaq həbs edilib. Ev almaq üçün yığdıqları pul və qızılların tapılmasını istəyən Koray Yıldırım deyib:

“Evləndik və bura köçdük. 4 ay əvvəl. Qızıllarımızı hamı kimi evdə gizlətmişdik. Mən Kayserili deyiləm, İstanbuldan gəlmişəm. Hadisə baş verən gün həyat yoldaşım mənə məlumat verdi. "Bizi qarət etdilər" dedi. Əvvəlcə inana bilmədim.Yaşadığımız məhəllənin təhlükəsiz olduğunu düşündüm. Sonra bunun necə baş verdiyini soruşdum. Həyat yoldaşım dedi ki, zarafat etmirəm, bizi qarət etdilər.

Daha ətraflı videoda:

Aysun / Demedia.az