Türkiyədə 5 mərtəbəli bina söküntü zamanı çökdü



 21:03 26.10.2023     848

Qaziantepdə böyük ziyan dəymiş 5 mərtəbəli bina nəzarətli söküntü işləri zamanı uçub.

Demedia.az xəbər verir ki, dəhşət anında iş maşını operatoru son anda xilas olub.

Mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə böyük ziyan görərək boşaldılan Fidanlıq Məhəlləsindəki 5 mərtəbəli Dəmiral Yaşayış binası nəzarətli söküntü işləri zamanı uçub. İnşaat texnikası operatoru son anda avtomobilindən düşərək xilas olub. Bölgəyə çoxlu sayda qrup göndərilərkən, ətrafda təhlükəsizlik tədbirləri görülüb.

Çökmə anı cib telefonunun kamerasına əks olunarkən bir evə ziyan dəyib. Evinə ziyan dəyən Metin Calman danışıb:  "Bina ciddi ziyan gördü. Söküntü zamanı dedilər ki, ayaqları bir az zəiflədək. Üçüncü ayağına keçməzdən əvvəl bina iş maşınının üzərinə düşdü. Ölən və ya yaralanan yoxdur. Evimizə ziyan dəyib. Uçmuş bina evimizin üstünə gəldi".

Aysun / Demedia.az