Yaşlı kişi arvadını balta ilə öldürdü - Dəhşətli GÖRÜNTÜLƏR



 23:09 26.10.2023     638

“Komando baba” kimi tanınan təqaüdçü türk müəllimi İbrahim Cebeci dəhşətli addımı ilə gündəmə gəlib.

Demedia.az xəbər verir ki, arvadını balta ilə öldürən Cebeci 3 il əvvəl də etdiyi hərəkəti edib.

Hadisə Yüreğir rayonundakı PTT Evləri Yaşıl Bulvarda baş verib. İddiaya görə, “Komando baba” kimi tanınan təqaüdçü türk müəllimi İbrahim Cebeci (70) səhər saatlarında 65 yaşlı həyat yoldaşı Ayşe Cebeciyə balta ilə hücum edib.

İbrahim Cebeci arvadını dəfələrlə başına balta ilə vuraraq öldürüb. Daha sonra məhəllə muhtarının yanına gedən Cebeci arvadını öldürdüyünü bildirib.

Muhtarın xəbəri üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edildi. Polis qrupları, muhtarın yanında olan Cebeci nəzarətə götürüb.

Evdə müayinə edildikdən sonra balta ilə öldürülən Ayşe Cebecinin cənazəsi yarılma üçün Adana Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb.

Aysun / Demedia.az