Sağaltdığı xəstəlikləri eşidəndə ŞOK OLACAQSIZ - Üzüm bəkməzi möcüzə imiş... - Video



 09:33 27.10.2023     602

Mövsümündə təzə-təzə yediyimiz üzümün qış aylarında da süfrəmizə ləzzət qatmasını istəyirik. Üzüm bəhməzi bu zaman ən doğru seçimdir.

Xüsusilə, səhər yeməklərində ürəklə yeyə biləcəyimiz üzüm bəhməzinin qida dəyəri yüksəkdir. Həmçinin, orqanizmin müqavimət gücünü artırır. Keçmişdən bəri şəfa mənbəyi sayılan üzüm bəhməzinin bir neçə növü var. Bu növlərdən hər hansı birini uşaqlarınızın rasionuna daxil etməklə təkcə onun sağlamlığını düşünmüş olmazsınız. Eyni zamanda, gələcək nəsillərə sağlam bir qidalanma vərdişi də miras qoyarsınız. Üzüm bəhməzini satın almaqla bərabər, özünüz də hazırlaya bilərsiniz. Soyuq qış günlərində orqanizmə enerji verən bu bəhməz ölkəmizin, demək olar ki, əksər bölgələrində hazırlanır. 100 qr üzüm bəhməzində 240 kalori var. Enerjini qısa zamanda artıran bəhməz arıqlamaq üçün vasitə deyil. Sadəcə, normada qəbul etsəniz, sizi kökəltməyəcəyindən əmin ola bilərsiniz. 100 qr üzüm bəhməzində 10 milliqram dəmir var. Məhsulda kalsium, kalium, maqnezium səviyyələri də yüksəkdir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək "Bəkməzin faydaları" haqqında ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az