Hansı müddət ərzində əmlakı vərəsəliyə qəbul etmək olar? - Video



 09:41 27.10.2023     496

Miras qoyanın ölümündən sonra vəsiyyətnaməsi (yazılı) varsa, əmlak vəsiyyət üzrə, vəsiyyət yazılmadıqda isə əmlakın vərəsələrə qanun üzrə keçməsi nəzərdə tutulur.

Bəzən vəsiyyət qoyan əmlakının yalnız bir hissəsi barədə vəsiyyətnamədə göstəriş verir. Bu halda vərəsəlik həm vəsiyyət, həm də qanun üzrə həyata keçirilir. Vətəndaşın vərəsəlik hüququnun gerçəkləşməsi mirasın açılması ilə başlayır.Əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir.  Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az