Qəzzada 100-dən çox səhiyyə işçisi həlak olub



 15:47 27.10.2023     293

Oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi zamanı 101 tibb işçisi  həlak olub.

Demedia.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi bildirilib ki,  indiyədək 57 səhiyyə müəssisəsi bombalanıb.  12 xəstəxana və 32 səhiyyə mərkəzi xidmətdən çıxıb.

Nazirlik həmçinin bildirib ki,  hücumlarda 2913-ü uşaq, 1709-u qadın və 397-si qoca olmaqla 7028 adam ölüb, 18484 nəfəri yaralanıb.

940-ı uşaq olmaqla 1650 nəfərin itkin düşdüyünü bildirib. Ehtimal edilir ki,  həmin şəxslər dağıntılar altında qalıb.

Bahadur Seyidov